Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən idmansevər ölkəsi açıqlandı

Tarix: 18-05-2017 09:29     Baxış: 5351 A- / A+
Dünyanın ən idmansevər ölkəsi açıqlandı


Fitnes üçün qolbaqlar istehsal edən "Fitbit" şirkəti özü üçün əlçatan statistik məlumatları təhlil edərək dünyanın "ən idmansevər ölkəsi"ni müəyyən edib.

Manevr.az xəbər verir ki, bu ada İrlandiya layiq görülüb.

Hesablama zamanı bütün dünya üzrə 20 milyondan artıq "Fitbit" qolbaqları istifadəçilərinin məlumatları nəzərə alınıb. Bu zaman yuxunun müddəti, hərəkətdə olmaqla bağlı ehtiyacın olduğunu xatırlatmalar, gündəlik atılan addımların, gün ərzində aktivliyin vaxtı və dincəlmə zamanı nəbzin göstəriciləri götürülüb.

İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İsveç gəlir. İlk beşliyə Hollandiya və İsveçrə də daxil edilib.

Maraqlıdır ki, gündəlik orta hesabla daha çox addımı (9023) İspaniyadan olan istifadəçilər atırlar. Ümumi hesabatda isə onlar yeddinci yeri tutublar. Daha çox - sutkada 7 saat 15 dəqiqə yatanlar Böyük Britaniya sakinləridir. Ən aktiv insanlar isə İsveçrədə yaşayanlar olub.

Fürsətdən istifadə edərək istehsalçı bildirib ki, artıq şirkət 63 milyon ədəd cihaz satışını həyata keçirə bilib. Dünyanın 65 ölkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı isə 50 milyon nəfəri ötüb. lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar