Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Qarabağdan çıxır, Türkiyə isə artıq Ermənistandadır

Tarix: 01-09-2023 08:46     Baxış: 3179 A- / A+


Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur.

Bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi və ekspert Modest Kolerov deyib.

O bildirib ki, sülhməramlıların özləri Qarabağda “quş hüquqları” (müvəqqəti, köçməyə hazır – red.) ilə yerləşiblər. Onun fikrincə, buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır:

“Bakı təfərrüatlı mandat verməkdən imtina etdi. Bakının mandatı uzadacağına (2025-ci ildə - red.) isə əmin deyiləm”.

O hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim sayılmayacaq:

“Əgər Ukraynada vəziyyət indi başa çatsa və Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı qəbul etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq.

Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”

O iddia edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun uzun müddətdir mənası yoxdur, çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub:

“Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistanın qeyri-dost siyasi mühitindədir. O bazaların mövcudluğu artıq uzun müddətdir məntiqsizdir, Rusiyanın maraqlarını qorumur, əvəzində Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.

Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır:

“İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, necə deyərlər, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya istiqamətlənmək istəyir. Beləliklə, Ermənistan NATO-da Türkiyənin müttəfiqi olacaq.

Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta Parisdə belə işləri qaydaya sala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar