Xəbər lenti
İsraillə gizli görüş: Özəl təyyarə ilə Türkiyəyə qaçdı – İddia ölkəni qarışdırdı

Bu barədə Liviya Hava Limanları Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Nazirin xaricə çıxışı qadağan edilənlər siyahısında olduğu bildirilən açıqlamada təhlükəsizlik kameralarının Nəcla əl-Mənquşun Mitiqa hava limanını tərk etmədiyini sübut edəcəyi vurğulanıb.
Ölkə mediasında yayılan xəbərdə sabiq nazirin bazar ertəsi limanı bağlayaraq, “Falcon” tipli şəxsi təyyarə ilə gecə yarısı İstanbula endiyi iddia olunub. Bundan sonra onun ölkədən çıxışına qadağa qoyulduğu açıqlanıb və xəbər rəsmən təzkib edilib.
İtaliyada israilli həmkarı Eli Kohenlə görüşdüyü üzə çıxan Liviya xarici işlər naziri Nəcla əl-Mənquş bundan sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Müvafiq sərəncam Liviya Baş naziri Əbdülhəmid Dibeybə tərəfindən imzalanıb.
İsrail rəsmiləri Liviya Xarici İşlər Nazirliyinin görüşün qeyri-rəsmi və planlaşdırılmamış olması ilə bağlı bəyanatına cavab verib. “Röyter”ə danışan bir İsrail rəsmisi görüşün əvvəlcədən İtaliyada planlaşdırıldığını deyib. Mənbə görüşün ən yüksək səviyyədə razılaşdırıldığını və bir saatdan çox davam etdiyini söyləyib.
İsraili tanımayan Liviyanın bu ölkə ilə heç bir diplomatik əlaqəsi yoxdur. İsraildə isə Liviya pasportunun istifadəsi qadağandır. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar