Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Əliyev artıq istədiyinin 70%-ni alıb, qalıb 30%" - Erməni politoloq

Tarix: 27-08-2023 11:51     Baxış: 3183 A- / A+

“Ermənistanın xarici siyasəti Cənub, Şimal və Şərqə yönəlməlidir”.
Manevr.az xəbər verir ki, belə fikirlə erməni politoloq Qriqor Balasanyan çıxış edib.
O bildirib ki, İran, Rusiya və Çin İrəvanın əsas xarici siyasət istiqamətləri olmalıdır. Çünki bu üçbucaqda Ermənistanın bir dövlət kimi xilası var.
“Qərb beş il ərzində göstərdi ki, etibarlı tərəfdaş ola bilməz. Bu, Fransaya da aiddir. Çünki bu ölkə 2020-ci ilin iyulunda düşmənin 44 günlük müharibə zamanı istifadə etdiyi peykləri Azərbaycana satıb. Avropanın bizi qorumaqda marağı sıfırdır. Azərbaycanı qorumaq üçün isə çoxlu motivlər var. İlk növbədə bu mavi yanacaqdır, ona görə ki, qarşıda qış gəlir”.
Balasanyanın fikrincə, Azərbaycan öz siyasətini ardıcıl olaraq həyata keçirir.
“Dağlıq Qarabağ məsələsində anakonda üsulundan istifadə edir, qurbanı təslim olana qədər sıxır. Belə bir siyasətin məqsədi odur ki, hakimiyyət sadəcə təhlükədən qurtulmaq üçün hər şeyi verməyə hazır olsun”.
Eyni zamanda, Balasanyanın sözlərinə görə, Ermənistan tərəfdən heç kim Azərbaycanın planlarının həyata keçirilməsinə mane olmur.
“Ermənistan qurban mövqeyini tutub deyir ki, mənimlə nə istəyirsən et. Əliyev artıq planlaşdırılanın 70%-ni alıb, 30%-i qalıb, belə davam etsə, o, 30%-ni də alacaq. Çünki Əliyevin arxasında Qərb dayanır, ermənilər isə hələ də Qərbdən dəstək gözləyirlər”, – deyə ekspert qeyd edir.
Göründüyü kimi, revanşist ermənilərin sərsəm şərhləri davam edir.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar