Sizin Reklam Burada
Xəbər lenti
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Priqojinin ölümündən sonra əmlak və varidatı açıqlandı

Tarix: 26-08-2023 18:34     Baxış: 3308 A- / A+




Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.
Manevr.az “Report”a istinadən xəbər verir ki, “Vaqner” rəhbərinin əsas rəsmi aktivi “Konkord menecment və konsaltinq” şirkətidir.
Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.
Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan “M Invest” şirkətləri də onun olub.
Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı onun mülkiyyətidir.
Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar