Xəbər lenti
Gizlinlər açılır: Priqojinin stüardessası danışdı – “Qəzadan əvvəl...”
Avqustun 23-də Tver vilayəti üzərində qəzaya uğrayan “Vaqner” lideri Yevgeni Priqojinin “Embraer Legacy 600” təyyarəsi uçuşdan əvvəl qısamüddətli və anlaşılmaz təmirə göndərilib.Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın VÇQ-OQPU Teleqram kanalı məlumat yayıb.
Təyyarənin stüardessası Kristina Raspopova qəzadan əvvəl yaxınlarına təyyarə ilə bağlı ilginc şeylər danışıb. O da təyyarə qəzasında həyatını itirib.
“Qəzaya uğrayan təyyarənin stüardessası Çelyabinsk vilayətinin şəhərlərindən birinin prokuror müavininin bacısıdır. Mənbə Kristina Raspopovanın bir neçə gün əvvəl Moskvaya uçduğunu, orada Sankt-Peterburqa uçuş gözlədiklərini deyir. Qadın ona çərşənbə günü zəng gəldiyini, komandirin (Priqojin) vacib zəng gözlədiyini, bu gün və ya sabah uçacaqlarını söyləyib. Bundan əlavə, onun sözlərinə görə, təyyarə yola düşməzdən əvvəl təmir işləri aparılırmış”, - məlumatda deyilir.
“Qəza yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələndə və yerdə təyyarənin qəzaya uğradığı aşkar ediləndə məlum olub. Jet heç bir şəkildə Tverdəki xidmətlərlə əlaqə saxlamayıb, heç bir siqnal göndərməyib, uçuş Moskvadan idarə olunub”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































