Xəbər lenti
İraqda quraqlıqla mübarizə: 55 su quyusu qurudu

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, İraqdakı quraqlıq və səhralaşma su ehtiyatlarına mənfi təsir göstərir. Ölkə daxilində yaşanan susuzluq problemi şimaldakı şəhərlərdə də öz təsirini göstərir.
Ərbil Su İşləri Müdiri Zerdeşt Abdulhalık şəhər mərkəzi, Ərbil düzü, Kesnezan mahalı, Daratu, Şaves və Perzin kimi bölgələrin Ərbildəki 1240 quyudan faydalandığını söyləyib
"Bu il Ərbildə 55 quyu quruyub. Ərbil Su İşləri Müdirliyi olaraq 60 yeni quyu qazmağı planlaşdırırıq",- deyə Abdulhalık bildirib.
İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Su və Kanalizasiya İşləri Baş İdarəsinin məlumatlarına görə, bölgədə 5740 içməli su quyusu var.
İKBY su problemini qurduğu bəndlər, gölməçələr və quyularla həll etməyə çalışır. Lakin quyuların qurudulması vətəndaşların gündəlik həyatına da mənfi təsir göstərir.
Şəhərin bəzi məhəllələrində həftələrlə davam edən su kəsilməsi səbəbindən insanlar bəzən küçələrə çıxaraq kiçik miqyaslı etiraz aksiyaları keçirirlər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar