Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə “Tiktok” və "Telegram" QADAĞAN EDİLDİ

Tarix: 21-08-2023 10:16     Baxış: 4199 A- / A+
Somalinin Rabitə və Texnologiyalar Nazirliyi sosial media platformaları olan "Tiktok", "Telegram" və mərc saytı 1XBET-i qadağan etmək qərarına gəlib.

Manevr.az xəbər verir ki, nazirliyin təşkil etdiyi “Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı”ndan sonra alınan qərar çərçivəsində ölkədə qeyd olunan platformaların qadağan edilməsi əmri verilib. Nazirlikdən verilən açıqlamada, "Konfransda somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan "Tiktok", "Telegram" və "1XBET" platformalarının bağlanmasının vacib olduğu qərara alınıb" ifadələri yer alıb.
Açıqlamada gənclərin və qadınların çoxluq təşkil etdiyi bu platformaların “əxlaqsız vəziyyətlər nümayiş etdirdiyi” də vurğulanıb:
"Milli Telekommunikasiya Qanununun 64 və 65-ci maddələrini həyata keçirmək üçün Rabitə və Texnologiya Nazirliyi Somali toplumunun həyat tərzinə təsir edən və pis davranışların artmasına səbəb olan rabitə və internet vasitələrindən istifadə edərkən əxlaqi davranışın qorunmasına çalışır".publika.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar