Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın ilk Ay missiyası iflasa uğrayıb

Tarix: 20-08-2023 15:10     Baxış: 3158 A- / A+

Avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib.
Manevr.az xəbər verir ki, “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.
“Bu gün (avqustun 19-da) “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib”, - korporasiyanın açıqlamasında qeyd olunub.
Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.
Qeyd edək ki, bu, Rusiyanın bir neçə ölkənin iştirak etdiyi “Ay yarışı”ndakı ilk missiyası idi, lakin, görünür, elə başlanğıcda uğursuzluqla başa çatıb.
Missiyanın məqsədi Aya uçmaq, yumşaq eniş etmək və sonra orada bir il çalışmaq idi. Bundan əlavə, stansiya bir sıra elmi təcrübələr aparmalı, xüsusən də suyun mövcudluğunu müəyyən etməli idi. Bununla belə, əsas vəzifə gələcəkdə digər stansiyaların enişinə hazırlaşmaq idi.
Rusiyanın hələ SSRİ dövründən qalan nəhəng kosmos təcrübəsinin olmasına baxmayaraq, son illərin hadisələri bunun heç də asan olmadığını ortaya çıxarıb.
Belə ki, 2023-cü ilin aprelində özəl şirkətin ilk Ay missiyası uğursuzluqla yekunlaşıb. “iSpace” şirkətinin buraxdığı “Hakuto-R” modulu ilə bağlantı enişdən bir neçə dəqiqə öncə kəsilib.
2019-cu ildə Hindistan və İsrail missiyaları bənzər uğursuzluqla üzləşiblər.
Bununla belə, 2020-ci ildə Çinin “Çane-5” stansiyası Aya uğurlu eniş edə bilib, nümunələr götürüb və Yer kürəsinə çatdırıb.
“Roskosmos”un rəhbəri Yuri Borisov daha əvvəl bildirmişdi ki, “Luna-25” ekspedisiyasının uğur qazanma ehtimalı 70 % təşkil edir. İyul ayında bu missiya üçün aparatı quran “NPO Lavoçkina” səhmdar cəmiyyəti onu 80 % qiymətləndirib. Rusiyalı astronom Vladimir Surdin ölkənin dövlət agentliyinə müsahibəsində uğur şansını 50 % qiymətləndirib.
“Luna 25” yarandığı gündən texniki və maliyyə problemləri ilə üzləşib. “Luna-Qlob” (o vaxtlar bu stansiya belə adlanırdı) layihəsi üzərində iş hələ 2005-ci ildə başlayıb.
Bu cihaz “Roskosmos”un iddialı layihəsi olan “Fobos-qrunt” platformasında yaradılmışdı ki, bu da Marsın peyki Fobosdan torpaq nümunələrinin götürülməsi və Yerə qayıtmasını nəzərdə tuturdu.
Lakin Mars ekspedisiyası uğursuzluqla başa çatıb. 2011-ci ildə buraxılışdan sonra aparatın hərəkət sistemi işə düşməyib və o, Sakit okeanda qəzaya uğrayıb.
Bu qəzadan sonra “Luna-Qlob” proqramına yenidən baxılıb. Cihaz yenidən dizayn edildikdən sonra onun adı dəyişdirilərək “Luna-25” adlandırılıb.
Lakin layihənin uğursuzluqları bununla da bitməyib. Bu layihə davamlı olaraq ertələnirdi. Əvvəlcə “Luna-25”in 2014-cü ildə buraxılması planlaşdırılsa da, bu, yalnız doqquz il sonra mümkün oldu.
Bundan başqa, növbəti ekspedisiyaların gələcəyi də aydın deyil. Belə ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra müharibə xərcləri artıb. Bu səbəbdən hazırkı proqramın icrasına ayrılan vəsait azaldılıb: 2022-ci ildə Federal Kosmik Proqramının icrası üçün 110 856,8 milyon rubl ayrılmışdısa, ilin sonunda onun kassa icrası 75 196,08 milyon rubl təşkil edib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar