Xəbər lenti
ABŞ-də insana geni dəyişdirilmiş donuz böyrəyi köçürüldü

ABŞ-nin Nyu-York şəhərində yerləşən “NYU Langone Health” klinikasında donuz böyrəyinin insana köçürülməsindən sonra çox yaxşı nəticə əldə edilib.
Manevr.az xəbər verir ki, cərrahlar tərəfindən beyin ölümü keçirən bir insana köçürülən donuz böyrəyi bir aydan çox normal fəaliyyət göstərib. Həkim qrupunun bu cür əməliyyatlar keçirməkdə məqsədi donuz böyrəyinin canlı xəstələr üzərində sınamaq niyyətidir. Nyu-York Universitetinin “Langone” orqan transplantasiyası institutunun direktoru Robert Montqomeri “Associated Press”ə deyib ki, ilkin əlamətlər, köçürülən orqanın insan orqanı kimi işləyəcəyinə dair ümidləri artırıb.
Direktor bildirib ki, donuz böyrəyi insan bədəninə köçürüləndən sonra insan böyrəyindən də yaxşı işləyib: “İyulun 14-də ölən bir adamın öz böyrəkləri geni dəyişdirilmiş donuzun bir böyrəyi ilə əvəzləndi, böyrək dərhal sidik istehsal etməyə başladı. Ölkədə transplantasiya siyahısında 100 000-dən çox xəstə var və hər il minlərlə insan böyrək gözləyərkən ölür. Bu sınaq böyrək çatışmazlığı yaşayan insanlar üçün bir ümid işığıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar