Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Marsdakı gəlişmə elm adamlarını qorxutdu – Dərhal missiya göndərildi

Tarix: 10-08-2023 23:11     Baxış: 3386 A- / A+

Marsda günün uzunluğu planetin fırlanma sürəti artdıqca hər il millisaniyənin dörddə üçü qısalır.
Manevr.az xəbər verir ki, bu nəticələr NASA-nın (ABŞ-ın Milli Kosmos Agentliyi) “InSight” zondu tərəfindən təqdim edilən məlumatlardan əldə edilib.
Elm adamları deyirlər ki, Marsda bir sutka adətən 24 saat 37 dəqiqə davam edir. Ancaq yeni aparılan ölçmələr planetin fırlanma sürətinin cüzi miqdarda artdığını göstərir. Alimlər hələlik bunun izahını bilmirlər. Amma ehtimala görə, bu, planetin kütləsinin yenidən bölüşdürülməsi ilə əlaqədardır ki, bu da onun fırlanmasına təsir edə bilər. Mütəxəssislər hesab edirlər ki, yenidən bölüşdürülmə Marsın qütblərində buzların yığılması ilə bağlı ola bilər.
Marsın fırlanma sürətinin dəqiq ölçülərini əldə etmək üçün elm adamları radiodalğalardan istifadə ediblər. Üç radioantenadan ibarət sistem tərəfindən Marsa güclü radiosiqnal göndərilib. Araşdırmada “qırmızı planet”in fırlanmasının ildə 0.76 millisaniyə sürətləndiyi qənaətinə gəlinib. Bu, Marsın fırlanma dövrünün indiyə qədər aparılan ən dəqiq ölçülməsidir.
Belçika Kral Rəsədxanasının planetoloqu Sebastyan Le Mestr təcrübə ilə bağlı deyib: “Bu, tarixi bir təcrübədir. Təcrübəyə hazırlaşmağa çox vaxt və enerji sərf etdik, indi bu kəşf bizi həyəcanlandırır”.
Marsda baş verənlər çoxdan elm adamlarını narahat edir. Hazırda orada fəaliyyət göstərən bir neçə missiya Marsda həyatın və bunun əlamətlərinin mümkün olub-olmadığını araşdırır..teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar