Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Poqosyan həddini aşdı: “Bu gün, bu saatda yol açılmasa...”

Tarix: 08-08-2023 15:31     Baxış: 3199 A- / A+

Azərbaycana qarşı işğalçı müharibənin bir qrup iştirakçısı, hərbi cinayətkar Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirir.
Manevr.az xəbər verir ki, təxribatçılar Ermənistan hakimiyyətindən Laçın yolunun açılması üçün addımlar atmağı tələb edir, lazım gələrsə, hökumətdən onları silahlamağa çağırırlar.
Aksiyada “Səlibçilər” adlı terror qruplaşmasının rəhbəri Sərkis Poqosyan da iştirak edir.
“Bir az əvvəl hökumətdə təmsil olunan, bizə heç bir işdə faydası olmayan bir şəxslə danışdım. Amma sözümü götürüb lazım olan adama çatdıra bilər. Bu gün saat 18:00-a qədər yol açılmasa, ərzaq (günlərdir sərhəddə gözləyən TIR karvanını nəzərdə tutur – red.) Qarabağa daxil olmasa, biz o yolu açacağıq”, - Poqosyan bildirib.
Terrorçu öz gülünc iddiasında bir az da irəli gedərək deyib ki, Laçın yolunu müharibə ilə də açmağa hazırdırlar.
Ermənistan rəhbərliyi bir neçə gün əvvəl Azərbaycan hökumətinin icazəsi olmadan Qarabağ ermənilərinə “humanitar yardım” göndərmək barədə qərar qəbul edib. Azərbaycan təxribata və qarşıdurmanı körükləməyə xidmət edən addımın atılmasına icazə vermir. Yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu təklif edilib, qarşı tərəf isə öz təxribatçı məqsədinə nail olmaq üçün bundan imtina edir. Separatçılara “yardım” gətirən TIR-lar günlərdir sərhəddə gözləyir.
Laçın yoluna gəlincə, yol humanitar məqsədlər üçün açıqdır. Ermənilərin isə xülyası bu yoldan əvvəllər olduğu kimi, Azərbaycan ərazilərinə sərbəst şəkildə silah-sursat və qüvvə daşımağa nail olmaqdır. Amma bunun artıq olmayacağını da anlayırlar.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar