Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya sazişdən çıxıb, zərbə endirdi – Şok səbəb

Tarix: 08-08-2023 09:14     Baxış: 3151 A- / A+


   
Ukrayna və Rusiya taxılı, o cümlədən, Rusiya və Belarusun mineral gübrəsi dünya bazarına çıxırdı. Bu, çox yaxşı idi. Bu baxımdan taxıl sazişi düzgün bağlanmışdı.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a rusiyalı politoloq Sergey Markov Rusiyanın taxıl sazişinə yenidən qayıtmasının mümkünlüyünə münasibət bildirərkən deyib.
Markovun sözlərinə görə, taxıl sazişindən çıxmaqda Rusiyanın öz səbəbləri var və buna görə günahkar Qərbdir:
“Sazişin öhdəliklərinə qarşı tərəf əməl etmədi. Rusiya humanitar dəhlizi təmin etmək və Ukraynanın liman infrastrukturuna zərbə endirməmək öhdəliyi götürmüşdü. Ukrayna da bu humanitar dəhlizi və liman infrastrukturunu Rusiyaya qarşı muharibədə öz məqsədləri üçün istifadə etməməli idi. O isə istifadə edir. Dəfələrlə PUA-ların humanitar dəhlizdən keçərək Krıma hücum faktı qeydə alınıb. Bundan başqa, taxıl daşımaq üçün nəzərdə tutulan gəmilər vasitəsi ilə silah daşınırdı. Beləliklə, sazişin bəzi maddəsi kobud şəkildə pozulmuş oldu. Bundan başqa, orada ammonyak ötürücüsü işləməli idi. Ammonyak Tolyattidən Odessaya, ordan dünya bazarına çıxmalı idi. Ukrayna hakimiyyəti boru kəmərini partlatdı. Digər məsələ, rus taxılının satışından əldə olunan pulları Rusiya bankına SVİFT vasitəsilə köçürməli idilər. Rusiya məhdudiyyətlərin heç olmasa bir bankdan götürülməsini istəsə də, Qərb buna razı olmadı”.
Markov bildirib ki, Rusiyanın heç bir tələbi Qərb tərəfindən qəbul edilmədiyi üçün taxıl sazişi də Moskva üçün işləmədi:
“Bundan başqa Rusiya gəmilərinə limanlara daxil olmaq qadağan olunub. Rusiya taxıl sazişinə daxil olan gəmilərin siyahısının tutulmasını təklif edirdi ki, onlar limanlara daxil ola bilsin. Qərb buna da qarşıdır. Əgər Rusiya gəmilərinə limanlara daxil olmaq qadağandırsa, onda onlar bu sazişdə necə iştirak edəcəklər? Həmçinin, başqa ölkələrə məxsus gəmilər də sanksiyalar səbəbindən Rusiya limanlarına daxil ola bilməz. Rusiyanın taxıl sazişində iştirak edən gəmilər üçün istisnalar tələbi də qəbul edilmir. Eləcə də gəmilər avtomobillər kimi sığortalanmalıdır. Avtomobil sığortasından fərqli olaraq, gəmilərin sığortası çox bahalıdır. Bir gəmi batsa, onu sığortalayan bank bu sığortanı ödədikdən sonra müflis olar. Ona görə təkrar sığorta sistemi yaradılıb. Bu sistemi Qərb öz maraqları üçün yaradıb və özləri buna nəzarət edir. Təkrar sığortaya isə imkan vermirlər. Belə olanda da gəmilər taxıl sazişində iştirak edə bimirlər. Daha xırda tələblər də var. Əsas məsələ odur ki, Qərb rus taxılının, gübrəsinin dünya bazarına çıxmasını bloklayır. Rusiya üçün taxıl sazişi əlverişlidir, amma Rusiya üçün işləmir”.
O, Rusiyanın yenidən taxıl sazişinə qayıtması ilə bağlı Türkiyənin göstərdiyi səylərdən də danışıb:
“Ərdoğan sazişi bərpa etmək istəyir. Ona heç bir iradımız yoxdur. Bu saziş Ankara üçün də əhəmiyyətlidir. Türkiyə böyük taxıl habına çevrilə bilər. Bizim iradımız Qərbədir. “Rosselxozbank”dan SVİFT qadağası götürülməli, Rusiya gəmilərinə limanlara daxil olmaq qadağası ləğv olunmalıdır. Ukrayna xüsusi xidmət orqanları tərəfindən partladılmış ammonyak ötürücüsü bərpa etməlidir. Ərdoğan nə qədər danışıq aparsa da, o Rusiya bankını SVİFT-ə qoşa, gəmilərin təkrar sığortasını təmin edə bilməz”.
Politoloq Rusiya taxılının dünya ölkələri üçün əhəmiyyət daşıdığını bildirib:
“Bu konfliktdən əvvəl Ukrayna taxılı dünya bazarının 10, Rusiya isə 18 faizini təmin edirdi. Gübrənin də 60 faizi Rusiya və Belarusun payına düşürdü. Yəni Rusiya taxılının əhəmiyyəti Ukrayan taxılından iki dəfə çoxdur. Əgər kimsə taxılın qiymətinin yüksək olmağını istəmirsə, Rusiya taxılının dünya bazarına çıxmasına şərait yaratmalıdır. Qərbin Ukraynanın qayğısına qalmaq fikri yalandır. Rusiya sazişi imzaladı, Qərb tərəfindən əməl olunmadı. Sonra Rusiya xoşməramlı jest kimi sazişi uzatdı. Blinken öhdəliklərə əməl edəcəklərini vəd edir. Əgər deyirsə “edəcəyik”, deməli, bu vaxta kimi əməl etmədiklərini etiraf edir. Rusiya isə şərt qoyur ki, heç olmasa, etməli olduğunuzun yarısına əməl edin, sonra taxıl sazişinə qayıdarıq”.
Markov Rusiyanın liman infrastrukturuna zərbələr endirməsinə də münasibət bildirib:
“Liman infrastrukturu hərbi məqsədlər üçün aktiv istifadə olunur. Orada Ukraynanın böyük silah anbarları var. Hərb elminə görə, böyük anbarlar kiçik hissələrə bölüşdürülməlidir ki, bir zərbə ilə böyük anbar məhv ola bilməsin. Bunu etməyə hazırlaşırdılar. Rusiya isə gözləmədi və zərbə endirdi. Hərbi resursların bölüşdürülməsinə imkan vermədi. Birinci səbəb bu idi. İkinci səbəbi Zelenskinin planını pozmaq idi. Bu, sadə plan idi, Zelenski heç kimdən bunu gizlətmirdi. Bu haqda dəfələrlə danışırdı. O, bir çox ölkələri gəzib Rusiyanı əhəmiyyətsiz ölkə kimi təqdim edirdi. Hamını inandırmağa çalışırdı ki, Rusiyanın tələblərini nəzərə almaq, taxılını heç yana buraxmaq lazım deyil. Sadəcə, Ukrayna taxılını daşıyın. Rusiya isə bu zərbələrlə sübut edir ki, bu, belə deyil. Zelenski bir çox ölkələri gəzib belə şeylər deməsəydi, bəlkə də bu zərbələr az olardı. Kim Rusiyanı əhəmiyyətsiz sayır, gec-tez cəzasını alacaq. İndi biz bunu müşahidə edirik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar