Xəbər lenti
Türkiyəyə qarşı savaşa yol açacaq qərar – Anlaşma pozulur
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının demokrat üzvü Qreys Menqin Milli Müdafiə Səlahiyyəti Qanununa əlavə təklifi yekdilliklə qəbul edilib.
Qəbul edilən əlavə maddə ilə ABŞ-ın Egey dənizindəki “yunan adaları”nda hərbi baza qurmasının yolu açılır. Məlumatda qeyd olunur ki, qəbul edilən skandal əlavə 2021-ci ilin oktyabrında ABŞ və Yunanıstan arasında imzalanmış Birgə Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində hazırlanıb.
Əlavənin məzmununda ABŞ müdafiə naziri və dövlət katibindən Konqresin müvafiq komitələrinə Yunanıstanla müdafiə əlaqələri, o cümlədən mümkün əlavə hərbi bazalar, xüsusilə, ABŞ-ın “yunan adaları”nda hərbi mövcudluğunu genişləndirilməsi ilə bağlı hesabatı birgə təqdim etmələri xahiş olunur.
Əlavənin qəbulu üçün Senat və Konqresin təsdiqi lazımdır. Hər iki tərəf razılaşarsa, qanun imza üçün ABŞ Prezidenti Co Baydenin masasına göndəriləcək.
ABŞ-ın hərbi bazalar yerləşdirəcəyi ehimal olunan Taşoz, Səmadirək, Limni, Bozbaba, Midilli, Saqqız, İpsara, Sisam və Axikeriya adaları 1923-cü il Lozanna Sülh Müqaviləsinə uyğun olaraq qeyri-hərbi statusda qalmaq şərtilə Yunanıstanın suverenliyi altındadır. 1947-ci il Paris Sülh Müqaviləsinə uyğun olaraq tərksilah edilmək şərtilə suverenliyi İtaliyadan Yunanıstana verilən Şərqi Egey adaları “On iki ada” adlanır. Arxipelaq 12 yox, 14 adadan ibarətdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar