Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kutaisi hava limanı nəqliyyat qovşağına çevrilə bilər

Tarix: 02-08-2023 08:48     Baxış: 3267 A- / A+
ABŞ hökuməti Gürcüstan tərəfinə Kutaisi hava limanını nəqliyyat qovşağına çevirmək üçün kömək etməyə hazırdır.
Bu barədə Amerikanın Tbilisidəki səfirliyi məlumat yayıb.


“Kutaisi Beynəlxalq Hava Limanının nəqliyyat mərkəzinə çevrilmək üçün böyük potensialı var. Xüsusilə qeyd etmək lazımdır ki, o, kənd təsərrüfatı məhsullarının ixracı üçün mərkəzə çevrilərsə, Qərbi Gürcüstandakı fermerlərə böyük fayda gətirəcək. ABŞ Kutaisi hava limanının qovsağa çevrilməsi üçün kömək etməyə hazırdır”, - səfirliyin “Facebook” səhifəsində məlumat verilib.

Diplomatik nümayəndəlik artıq bu istiqamətdə iş apardıqlarını, xüsusən də təyyarə təmiri mərkəzinin yaradılması və marketinqin təkmilləşdirilməsi üzərində işlədiklərini vurğulayıb.

Xatırladaq ki, Kutaisi Beynəlxalq Hava Limanı 2012-ci ildə istifadəyə verilib. Gürcüstan İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun məlumatına görə, Hava Limanı 2023-cü ilin birinci yarısında 667,3 min sərnişinə xidmət göstərib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə
103% çoxdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar