Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Priqojin yenidən Putinlə bir arada - Şəkil

Tarix: 27-07-2023 16:16     Baxış: 3233 A- / A+


Priqojin yenidən Putinlə bir arada - FOTO


Rusiyada qiyama cəhd edən “Vaqner” muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojinin yeri məlum olub.
 

Manevr.az modern.az-a istinadən xəbər verir ki, o, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində fotoobyektivlərə tuş gəlib.
 
“Vaqner” rəhbərinin fotosunu Mərkəzi Afrika Respublikasının Rus Evinin rəhbəri Dmitri Siti sosial şəbəkə hesabında paylaşıb. Priqojinin Rusiya lideri Vladimir Putinlə eyni tədbirə qatılması diqqət çəkib. Lakin detallar ictimaiyyətə açıqlanmayıb.
 

 
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
 
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar