Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

İsveç "Qurani-Kərim"lə bağlı Rusiyanı ittiham etdi

Tarix: 26-07-2023 19:36     Baxış: 3202 A- / A+

İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin Rusiyanın İsveçdə "Qurani-Kərim"ə hücumlarla bağlı yalan məlumat yaydığını bildirib.

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin və Psixoloji Müdafiə Agentliyinin kommunikasiyalar üzrə direktoru Mikael Östlund ölkədə "Qurani-Kərim"in yandırılması ilə bağlı təxribatların artması ilə əlaqədar mətbuat konfransı keçirib.

“Rusiya dövləti və onun aktyorlarının İsveçdə Quran yandırma hərəkətlərini sanki dövlət tərəfindən edildiyini göstərən yalan məlumatlar yaydıqlarını görürük. Təbii ki, bu, tamamilə yanlışdır, ayrı-ayrı şəxslərin konstitusion hüququ var, amma dövlət bunun arxasında durmur və məzmunu təsdiq etmir”,- İsveçin xaricdə “İslam düşməni” kimi göstərildiyini qeyd edən nazir Bohlin vurğulayıb.

Bohlin İsveçin çətin bir dövrdən keçdiyini bildirib.
"Təhlükəsizlik siyasəti baxımından çətin dövrlərdən keçirik. Hər kəs öz fərdi məsuliyyətini yerinə yetirməlidir. İsveçə zərər vermək istəyən aktyorlara kömək etməyin",

Psixoloji Müdafiə Agentliyinin Kommunikasiya direktoru Östlund xarici güclərin İsveçin “anti-İslam” ölkə olduğunu yaymaq üçün hər fürsətdən istifadə etdiklərini və bu istiqamətdə kampaniyalar apardıqlarını bildirib.

Mikael Östlund iddia edib ki, eyni aktyorlar əvvəllər İsveç sosial xidmətlərinin müsəlman uşaqları ailələrindən alıb qaçırdığı kampaniyalara rəhbərlik ediblər.

İsveç Kəşfiyyat Xidmətinin (SEPO) bu gün verdiyi açıqlamada, müsəlman dünyasında son Quran yandırma təxribatlarının və etirazların Skandinaviya xalqının imicinə mənfi təsir göstərdiyi və ölkədə "terror hücumu xəbərdarlığı səviyyəsinin" yüksəldildiyi bildirilib. .

İsveçdə iyulun 20-də İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar