Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ekvadorda üsyan: 18 ölü, 100-ə yaxın girov

Tarix: 26-07-2023 18:09     Baxış: 3380 A- / A+

Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində yerləşən ölkənin ən böyük həbsxanası “Litoral”da məhbuslar arasında dava başlayıb.
Manevr.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, dava ilə ilə başlayan hadisə üsyana çevrilib.

Hadisə nəticəsində 18 nəfər həlak olub, 11 nəfər yaralanıb. 
Üsyan ölkənin digər həbsxanalarına da sirayət etdiyi üçün azı 96 mühafizəçi məhbuslar tərəfindən əsir götürülüb. 
53 mühafizəçinin yalnız Kuenka şəhərindəki Turi həbsxanasında girov saxlandığını bildirilib.
Bir çox məhbus aclıq aksiyasına başlayıb.
Ekvador Prezidenti Gilyermo Lasso hadisələrdən sonra ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edən fərman imzalayıb.
Ekvador Silahlı Qüvvələri əməliyyat zamanı məhbusların istifadə etdiyi qısa və uzun lüləli silahların, çoxlu sayda sursatın müsadirə edildiyini bildirib.
Məlumata görə, ölkədə fəaliyyət göstərən “Los Tiguerones” və “Los Lobos” cinayətkar dəstələrinə məxsus məhbuslar həbsxanaya nəzarəti ələ keçirmək üçün əlbəyaxa olublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar