Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətdən yayınanlar bu qədər cərimələnəcək

Tarix: 25-07-2023 18:22     Baxış: 3213 A- / A+

Hərbi xidmətdən yayınanlar bu qədər cərimələnəcək


Rusiya hərbi xidmətə çağırış yaşını və hərbi komissarlığa gəlməməyə görə cərimələri artırır.
 
Manevr.az xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması kişilər üçün çağırış yaşını 30-a qaldırıb və çağırış vərəqəsi olan şəxslərin xaricə getməsinə qadağa qoyub. Hərbi komissarlığa gəlməməyə görə cərimə isə 10 dəfə artırılıb.
 
İyulun 25-də Rusiya Federasiyasının Dövlət Duması hərbi xidmətə çağırış yaşının 30 yaşa qədər artırılması haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Çağırış yaşının aşağı həddi isə olduğu kimi (18 yaş) qalacaq.
 
Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, 2023-cü ilin sonuna kimi 27 yaşı tamam olan vətəndaşlar yeni qaydalara tabe olmayacaqlar.
O qeyd edib ki, 2023-cü ildə yaz hərbi xidmətinə 147 min rusiyalı çağırılıb.
 
Dövlət Duması həmçinin II və III oxunuşlarda hərbi qeydiyyat və çağırış idarəsinə gəlməməyə görə cərimələr haqqında qanun layihəsini qəbul edib: cərimələr 30 min rubla qədər artırılacaq. Lakin əvvəlcə 50 min rubla qədər cərimə nəzərdə tutulurdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar