Xəbər lenti
Ukraynada 63 jurnalist həlak olub

Ukraynanın tammiqyaslı işğalı zamanı 63 jurnalist döyüşçü kimi və ya Rusiyanın atəşi və ya işgəncələri nəticəsində həlak olub.
Manevr.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu mədəniyyət və informasiya siyasəti nazirinin Avropaya inteqrasiya üzrə müavini Taras Şevçenko ATƏT Daimi Şurasının İnsan Ölçüsü Komitəsinin “Media azadlığı” mövzusunda keçirilən iclasında bildirib.
“2022-ci il fevralın 24-dən indiyədək Ukraynada 63 jurnalist döyüş əməliyyatlarının iştirakçısı kimi və ya Rusiyanın atəşi və ya işgəncəsi nəticəsində həlak olub. Onlardan 14-ü jurnalist vəzifələrini bilavasitə yerinə yetirərkən həlak olub, daha 9 jurnalist isə mülki əhali arasında qurbandır” - Şevçenko bildirib.
Onun sözlərinə görə, daha 40 media işçisi Silahlı Qüvvələrin və ya hüquq-mühafizə orqanlarının sıralarında, əllərində silah Ukraynanın müstəqilliyini müdafiə edərkən həlak olub.
Həmçinin, ukraynalı siyasi məhbuslara, xüsusən də jurnalistlərə tibbi yardım göstərilməməsi ilə bağlı vəziyyət ciddi olaraq qalır. Bu ilin fevralında iki krımlı siyasi məhbus tibbi yardım göstərilmədiyi üçün həbsxanada dünyasını dəyişib.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar