Xəbər lenti
Deputatlardan xarici avtomobillər alınır - Hərracda satılacaq

Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Federal Əmlakın İdarə Edilməsi Agentliyinin rəhbəri Vadim Yakovenkoya məmurların xarici avtomobillərinin satışı üçün açıq hərraclar təşkil etməyi təklif edib.
Davankov hesab edir ki, bu təklif dövlət qulluqçuları, deputatlar və senatorların hazırda istifadə etdiyi “dost olmayan” ölkələrin istehsalı olan avtomobilləri əhatə etməlidir.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deputatları və məmurları Rusiyanın “Moskviç” və “Lada” avtomobillərindən istifadəyə çağırıb. Onun sözlərinə görə, Rusiya avtomobilləri fərqli və daha keyfiyyətlidir.
Məlum olub ki, rusların 75 faizi deputatların yerli avtomobillərə keçməsi ideyasını dəstəkləyir.
Qeyd edək ki, iyulun əvvəlində "Moskviç" avtomobil zavodu Çin krossoveri JAC Sihao X6-nın oxşarı olan "Moskvich 5" adlı yeni modeli nümayiş etdirib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar