Xəbər lenti
Ərdoğan Putinlə “Taxıl sazişi”ni müzakirə edəcək
Manevr.az xəbər verir ki, bu barədə o, Körfəz ölkələrinə səfəri zamanı bildirib.
"Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm", - o deyib.
Ərdoğan səfərdən qayıtdıqdan sonra Putinlə danışıqlar aparacağını vurğulayıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə XİN rəhbərləri də bu məsələ ətrafında danışacaqlar.
Xatırladaq ki, "Taxıl sazişi" Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan "Taxıl sazişi"nin müddəti bu gün bitib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Taxıl sazişi" ilə bağlı razılaşmalar faktiki olaraq dayandırılıb. O deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq..
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar