Xəbər lenti
Sudan kənarda yaşaya bilən yeni balıq növü kəşf edildi -ŞƏKİLLƏR

Cənubi Amerika ölkəsi Boliviyada saatlarla sudan kənarda qala bilən, fərqli nəfəs alma tərzinə malik yeni balıq növünün kəşf edildiyi bildirilib.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçı Heinz Arno Drawert tərəfindən kəşf edilən yeni balıq növləri könüllü olaraq sudan çıxdı, saatlarla çöldə qaldı və nəfəs almağa davam etdi.
Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını ifadə edən Drawert, "Bu qəribə balığın uzunluğu təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli ləkələr və naxışlara malikdir. Müəyyən və müvəqqəti su ekosistemlərində yaşayır" deyə bildirib.
Bu balıq növünün sudan öz istəyi ilə çıxır. Yumurtaları quraqlığa dözə bilir, onları gölməçələrin dibində palçığa və torpağa basdırırlar. Yumurtalara heç bir şey olmaz, bu balığın əsas xüsusiyyətlərindən biri yumurtaların uyğunlaşmasıdır.
Yeni kəşf edilən balıq növlərinin qorunması lazım olduğunu vurğulayan tədqiqatçı Drawert, “Son 20-30 ildə onların ərazisində böyük genişlənmələr oldu. Onların yaşayış yerlərinin böyük bir hissəsi artıq mövcud deyil, asanlıqla deyə bilərik ki, təbii yaşayış yerlərinin 60-70 faizi yox olub”.
Nigar Nəriman
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar