Xəbər lenti
Putinə qarşı qurulan gizli şəbəkə ifşa edildi - Priqojinin arxasındakı güc göründü

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu rus əsilli amerikalı tarixçi Yuri Felştinski deyib.
Onun sözlərinə görə, prezidentin xüsusi xidmət orqanlarından qiyama təkan verilib.
“Mənim fikrim odur ki, bu, FSB-nin sui-qəsdi idi. Yəni, ölkənin ikinci şəxsi və FSB-nin keçmiş direktoru Nikolay Patruşev, FSB-nin hazırkı rəhbəri Aleksandr Bortnikov və FSB-dəki digər həmkarları. Bu, 1918-ci ildən mövcud olan bir qurumdur.
Bu, Putinin gücünü zəiflətmək məqsədi daşıyırdı. Başqa bir siyasət həyata keçirmək üçün. Nələrsə Putinin əlindən çıxdı, onsuz da öz duruşunu itirmişdi. Ona yemək verən, içki tökən Priqojin üçün darıxırdı. Bəllidir ki, bunu yalnız işə götürülmüş bir FSB agenti edə bilər. Priqojin çox güman ki, 1981-1990-cı illərdə həbsdə olarkən işə götürülüb. Çünki əks halda Putinə yaxınlaşa bilməzdi. Putin Priqojinin şəxsən ona yox, onun arxasında dayanan FSB-yə sadiq olduğunu gözdən qaçırdı”, - tarixçi bildirib.
“Bu səbəbdən açıq toqquşma baş verdi. Putin “vaqnerçilər”dən iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı tələb etmişdi. Bu, Priqojinin, yəni FSB-nin “vaqnerçilər” üzərində nəzarəti itirməsi demək olardı”, - Felştinski vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar