Xəbər lenti
Hakan Fidan: Biz FETÖ-yə dünyanı dar edəcəyik
Xarici işlər naziri Hakan Fidan iyulun 15-ci ildönümü münasibətilə çıxış edib.Manevr.az Türkiyə mediasına istinadən bildirir ki, Fidan “Yeni dövrdə də qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik” dedi.
Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 56-cı Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində İndoneziyanın paytaxtı Cakartada olan xarici işlər naziri Hakan Fidan iyulun 15-ci ildönümü münasibətilə çıxış edib.
Fidan açıqlamasında bildirib: “Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm.
FETÖ ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir. MİT-in rəhbəri olduğum gündən bəri FETÖ ilə mübarizəni ən mühüm vəzifələrimdən biri kimi görmüşəm. Onların əsl üzünü görənlərə qarşı hər cür sui-qəsdlər qururlar. 7 fevral, MİT Trucks və 17-25 dekabrla prezidentimizi, dövlətimizi ram etməyə çalışdılar. Bu xain təşkilatı tarixin zibilliyinə atdıq. Türkiyədə strukturunun arxasını qırdıq.
Yeni dövrdə qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik. Xaricdə yaşayan vətəndaşlarımızın sayıq olması çox vacibdir. Bu, İndoneziyada yaşayan dəyərli vətəndaşlarımıza da aiddir”.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































