Xəbər lenti
NATO-dan Çin xəbərdarlığı: "2035-ci ilə qədər..."

Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin sonunda mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərin suallarını cavablandırıb.
Çinlə bağlı suala cavab olaraq Stoltenberq bildirib ki, NATO Sammitindən və xüsusilə NATO-nun Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya ilə danışıqlarından Çinə qarşı sərt mesajlar var.
Təhlükəsizliyin təkcə regional deyil, qlobal xarakter daşıdığını vurğulayan Stoltenberq Çinin hərbi imkanlara sərmayə qoymasına işarə edib.
"Biz Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını gözləyirik. Biz Çinin nə qədər yaxınlaşdığını görürük" deyə Stoltenberq bildirib.
Çinin də Afrika və Arktika bölgəsi kimi dünyanın bir çox yerinə getdiyini, kritik infrastrukturlara nəzarət etməyə çalışdığını və kiber kosmosa girdiyini ifadə edən Stoltenberq, dezinformasiya və kiber məkanla mübarizə kimi mövzular üzərində çalışdığını bildirib.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar