Manevr.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Təhlükəsizlik qüvvələri tələbələri zorla sinif otaqlarından çıxararaq döyüblər. Zərərçəkmiş qızların sözlərinə görə, təhlükəsizlik qüvvələrinin İslam hökuməti ilə əlaqəsi var.
“Bizi hicab taxmaqdan imtina etdiyimiz üçün kütləvi şəkildə kampusdan qovurlar və son bir neçə gündə etiraz olaraq dinc oturduğumuza görə dəhşətli təqiblərə məruz qalırıq”, - tələbə qızlardan biri nəşrə açıqlamasında deyib.“ölkə.az”