Xəbər lenti
NATO ölkələri Ukrayna üçün MAP-ın ləğvi ilə bağlı konsensus əldə ediblər - Dmitri Kuleba

Gərgin danışıqlardan sonra NATO müttəfiqləri MAP-ın Ukraynanın üzvlük yolundan çıxarılması ilə bağlı konsensusa gəliblər.
Manevr.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.
“İntensiv danışıqlardan sonra NATO müttəfiqləri MAP-ın Ukraynanın üzvlük yolundan çıxarılması ilə bağlı konsensusa gəliblər. NATO-ya gedən yolumuzu qısaldan bu çoxdan gözlənilən qərarı alqışlayıram. Bu həm də Ukraynaya üzv olmaq üçün dəvətə aydınlıq gətirmək üçün ən yaxşı məqamdır”, - deyə Ukrayna diplomatiyasının rəhbəri bildirib.
Xəbər verdiyimiz kimi, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.
Üzvlük Fəaliyyət Planı (MAP) NATO-nun Alyansa qoşulmaq arzusunu bəyan etmiş dövlətlərin fərdi ehtiyaclarını nəzərə alan məsləhət, yardım və praktiki dəstək proqramıdır. MAP-ın əsas elementlərindən biri ərizəçi ölkələr tərəfindən siyasi, iqtisadi, müdafiə, resurs, təhlükəsizlik və hüquqi aspektləri əhatə edən fərdi illik milli proqramların hazırlanması idi.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar