Xəbər lenti
Alman kəşfiyyatı Priqojinlə Lukaşenkonun danışığını dinlədi
Manevr.az xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR yayım şirkətlərinin birgə araşdırmasında deyilir.
Bildirilib ki, alman kəşfiyyatı vaqnerçilərin lideri ilə Lukaşenkonun Rusiyada üsyanın dayandırılması şərtlərini müzakirə edərkən onların telefon danışıqlarını dinləyib. Beləliklə, BND birbaşa Lukaşenkonun Priqojinlə Rusiya prezidenti Vladimir Putin arasında vasitəçi rolunu öyrənib.
Həmçinin, WDR və ARD qeyd edir ki, Alman kəşfiyyatçıları hadisələrdən bir həftə əvvəl Rusiyada mümkün üsyana dair qeyri-müəyyən sübutlara malik idilər və məlumatları tərəfdaşları ilə təsdiqləməyə çalışdılar, lakin heç bir nəticə əldə olunmadı və buna görə də bu barədə kansler Olaf Şoltsa məlumat verilmədi.
Məlumata görə, BND-dən hadisələrlə bağlı ilk xəbərdarlıq Almaniya hökumətinə cümə günü axşam - Vaqner muzdlularının Rusiya hərbi obyektlərini və Rusiyanın Rostov şəhərini işğal etməsindən bir gün əvvəl göndərilib.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar