Xəbər lenti
Zelenski: Rusiya Zaporojye AES-in damına partlayıcıya bənzər materiallar yerləşdirib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasının bəzi enerji bloklarının damlarına partlayıcıya bənzər materiallar yerləşdirdiyini iddia edib.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi video açıqlamada rusların nəzarətində olan AES-dəki vəziyyəti dəyərləndirib.
Radiasiyanın bütün dünya üçün təhlükə olduğuna işarə edən Zelenski, AES-in radiasiya təhlükəsindən tamamilə qorunmalı olduğunu vurğulayıb.
Dövlətlərin nə baş verdiyini və kimin günahkar olduğunu dəqiq bilmək üçün kəşfiyyat imkanlarına malik olduğuna işarə edən Zelenski, “Bizdə olan kəşfiyyat məlumatlarına görə, Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasının bəzi güc bloklarının damına partlayıcıya bənzər əşyalar yerləşdirib ” bildirdi.
Rusların yəqin ki, elektrik stansiyasına hücumu simulyasiya etmək istədiklərini iddia edən Zelenski, “Bəlkə onların başqa ssenarisi var. Amma istənilən halda dünya görür ki, Zaporojye AES üçün yeganə təhlükə mənbəyi Rusiyadır” qiymətləndirməsini etdi.
Rusiya: Ukrayna ordusu Zaporojya Atom Elektrik Stansiyasına hücum edəcək
Rusiyanın “Rosenerqoatom” atom enerjisi şirkətinin baş menecerinin müşaviri Renat Karaçaa “Rossiya-24” televiziyasının canlı yayımında bildirib ki, Ukrayna ordusu iyulun 5-nə keçən gecə Zaporojye Atom Elektrik Stansiyasına hücuma keçəcək.
“Ukrayna silahlı qüvvələri iyulun 5-də gecə saatlarında Zaporojye Atom Elektrik Stansiyasına uzaqmənzilli dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə hücum etməyə çalışacaq. Karaçaa, "Eyni zamanda, Ukrayna iyulun 3-də Cənubi Ukrayna nüvə stansiyasından çıxardığı radioaktiv tullantılarla dolu sursatı təyyarədən atmağı planlaşdırır" dedi.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar