Xəbər lenti
Paşinyan Araikə qapını bağladı - “Bütün əlaqələr dayandırılıb”
Ermənistan hökuməti Xankəndidəki separatçılarla bütün əlaqələrini dayandırıb.Manevr.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Separatçıların nümayəndəsi Metakse Akopyan 200 gündən çoxdur, İrəvandakı “həmkarları” ilə telefon əlaqəsi yarada bilmədiklərini deyir. Onun sözlərinə görə, Ermənistan rəsmiləri “artsax respublikası” sözündən istifadə etməyi də dayandırıblar. Akopyan onların bunun əvəzinə “respublika” demədən “Qarabağ” və ya “Dağlıq Qarabağ” ifadələrinə üstünlük verdiklərini söyləyir.
Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan ölkənin gündəmini zəbt edən məsələ ilə bağlı açıqlama verib. Onun açıqlaması da ermənilər üçün aydınlaşdırıcı olmayıb. Baqdasaryan sadəcə Baş nazir Nikol Paşinyanın əvvəllər Araik Arutyunyanla (baş separatçı) intensiv gündəlik təmasları barədə dəfələrlə açıqlama verdiyini deyib.
“Hraparak” qəzeti isə Ermənistan rəsmilərinin artıq Xankəndidəki separatçı rejimin nümayəndələrinin telefon zənglərinə cavab vermədiklərini yazır.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































