Xəbər lenti
Fransada günlərdir davam edən hadisələrlə bağlı Makrondan təlimat

Nanterre şəhərində 17 yaşlı Nael M-nin polis tərəfindən öldürülməsinə etiraz edən gənclər hər gecə küçələrə çıxır.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Emmanuel Makron Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Cerald Darmanin ilə ölkədəki vəziyyəti müzakirə edib.
İclasda Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı xahiş edib.
Sabah Milli Assambleyanın sədri Yael Braun-Pivet və Senat sədri Gerard Larcher ilə görüşəcək Makron iyulun 4-də Yelisey Sarayında nümayişlərdən zərər çəkən 220 bələdiyyə başçısı ilə görüşəcək.
Etirazların yenidən alovlanacağı təqdirdə hüquq-mühafizə orqanları Marsel şəhərinin mərkəzinə zirehli texnikalar yerləşdirib.
Ötən gecələr etirazların gərgin keçdiyi Lion şəhərində bu gün axşam saatlarında xüsusi təyinatlı polis qrupları xidmətdədir.
Sosial mediada yayılan görüntülərə görə, bir qrup ifrat sağçı Lion küçələrində “Fransa fransızlara məxsusdur” şüarları səsləndirib.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar