Xəbər lenti
Avropada qazın qiyməti iki dəfə ucuzlaşdı

2022-ci ilin dekabrında Avropada qazın orta qiyməti 1 272 dollar olubsa, yanvarda bu 712 dollar(illik azalma 21 faiz), fevralda 583 dollar(41 faiz), martda 488 dollar(60 faiz), apreldə 477 dollar(55 faiz), mayda 357 dollar(65 faiz), iyunda 366 dollar(70,5 faiz) təşkil edib.
Qaz qiymətlərinin belə ucuzlaşmasının əsas səbəbləri Avropada ötən qış havaların anomal şəkildə isti keçməsi, rekord həcmdə maye qaz idxalı, anbarlarda 90 faizdən yuxarı ehtiyatların toplanması, Avropa İttifaqının qaz istehlakını azaltma siyasəti, həmçinin külək enerjisinin ümumi enerji təminatındakı payının artmasıdır.
Hazırda Avropanın qaz anbarları 77 faizdən yuxarı doludur. May ayında maye qaz terminallarından qitənin qaz təchizatı şəbəkəsinə rekord həcmdə - 12,16 milyard kubmetr qaz daxil olub.
Bütün bunların təsiri ilə Avropada qaz qiymətləri kəskin ucuzlaşıb, bu isə digər bütün sahələrdə analoji prosesin getməsinə gətirib çıxarıb. Nəticədə iyun ayında Avrozonada illik inflyasiya 5,5 faizə düşüb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar