Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Makrondan Qarabağ etirafı: Problem Paşinyandadır!

Tarix: 30-06-2023 07:55     Baxış: 3152 A- / A+
 Varjapetyan: Makron bizə Qarabağ məsələsində beynəlxalq arenada tək qaldığını söylədi

Fransa prezidenti Emmanuel Makron Marseldə erməni icmasının nümayəndələri ilə görüşü zamanı bəyanatla çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Makron Qarabağ məsələsində Fransanın mövqeyini açıqlayıb.

“Mən Əliyevə Paşinyanın özündən daha çox təzyiq etdim. Problem Paşinyandadır. Qarabağ məsələsi ilə bağlı dəqiq mövqeyə malik olan yeganə şəxs mənəm”,-deyə Makron bildirib.

Qeyd olunur ki, Makronla görüşdə “Daşnaksütyun”un Mərkəzi Komitəsinin üzvü Qraç Varjapetyan da iştirak edib.

“Mən və icmanın 5 müxtəlif nümayəndəsi orada idik, bizimlə birlikdə Fransa Milli Assambleyasının Marseldən olan üzvü Sabrina Akresti-Rubaş da var idi. Prezident Makron sözlərini efirdən oxudu. O, bu bəyanatı bizim “Fransadan Qarabağ məsələsində daha qəti, aydın addımlar gözləyirik” iradımıza cavab olaraq səsləndirdi.

Cənab prezident bizlərə belə cavab verdi: “Mən Qarabağ məsələsində daha çox işlər görəcəyəm, hər şeyə qarşı səy göstərəcəyəm”. Bu ifadənin alt mətnini necə başa düşəcəyimi bilmirəm. Makron beynəlxalq arenada, xüsusən də AB daxilində Qarabağ məsələsində tək olduğunu bildirib. Əsas odur ki, o, Qarabağ məsələsinə müdaxilə etməkdə qərarlıdır”, – deyə Qraç Varjapetyan bildirib.

Varjapetyanın sözlərinə görə, görüş qeyri-rəsmi şəraitdə keçib, ona görə də prezidentin bəyanatları qeydə alınmayıb.

Makronun Fransanın Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını söyləyib-söyləmədiyini soruşduqda Varjapetyan belə cavab verib: “Sanksiya mövzusu müzakirə olunmayıb. Makron sözün əsl mənasında bunları söylədi: “Mən Paşinyandan daha çox Qarabağ məsələsində İlham Əliyevə təzyiq edirəm”.

Qraç Varjapetyan Makronun Qarabağ məsələsi ilə bağlı belə bəyanatı ilk dəfə vermədiyini söyləyib. “Bu, 2 ayda üçüncü dəfədir. Sonuncu dəfə Makron belə bir bəyanatla Fransa-Ermənistan Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Murad Papazyan və Ara Toranyanla görüşdə çıxış edib”. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar