Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dənizdə dünyanın ən böyük külək turbini quraşdırıldı

Tarix: 30-06-2023 06:56     Baxış: 3167 A- / A+

Çinin Fucien vilayətində dənizdə dünyanın ən böyük külək enerjisi turbini quraşdırılıb.

16 meqavat gücü olan turbinin quraşdırılmasına iyunun 25-də start verilib. Təxminın 10 min komponentdən ibarət olan və çəkisi 20 tona çatan turbin külək enerjisini elektrikə çevirən generatorla təchiz edilib. Dirəyinin hündürlüyü 152 metr, pərinin uzunluğu 123 metr, mexanizm otağının və generatorunun birgə çəkisi isə 385 tondur.

Turbin tam gücü ilə dövr edəndə 34,2 kilovat/saat elektrik enerjisi istehsal edə bilər. İllik istehsal gücü 66 milyon kilovat-saat qiymətləndirilən turbin təxminən 36 min ailənin elektrik enerjisi tələbatını ödəyə biləcək. Bununla da şərti olaraq 22 min ton kömürə qənaət olunacaq, karbon emissiyası 54 min ton azalacaq.

Sahildən 35 kilometr məsafədə quraşdırılmış turbində havanın hərarətini, rütubəti, küləyin sürətini və digər məlumatları aşkarlayan yüzlərlə sensor quraşdırılıb. “Ağıllı” turbin hava şəraitinə uyğun olaraq özü öz fəaliyyətini tənzimləyə biləcək. Belə ki, Sakit okeanın şimalı üçün səciyyəvi olan tayfun siklonu zamanı turbin təhlükəsiz və sabit fəaliyyəti üçün xüsusi rejimə keçəcək. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar