Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İranda toz fırtınası: 330 nəfər xəstəxanalıq oldu

Tarix: 25-06-2023 17:14     Baxış: 3197 A- / A+

İranın Sistan-Bəlucistan əyalətində son üç gündə toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.

Manevr.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi məsələ ilə bağlı açıqlama verib.

Mohibbi, vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasının daşıdığı incə toz səbəbilə son üç gündə 330 nəfərin xəstəxana və tibb mərkəzlərinə müraciət etdiyini bildirib.

Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi, 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını təxmin etdiklərini bildirib.

Mollaşahi xəbərdarlıq edib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar havada tozun çox olması səbəbindən çölə çıxmasınlar.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar