Xəbər lenti
Təbrizdə çörək qıtlığı, Ərdəbildə su böhranı, Fənucda qaz növbəsi - İranda nə baş verir?
İrana tətbiq olunan sanksiyalar nəticəsində ölkədə ciddi iqtisadi böhran yaranıb. Ərdəbil əyalətinin 17 şəhərində su böhranı var. Həmçinin ölkənin Fənuc şəhərinin sakinləri yayın dözülməz istisində qaz üçün uzun növbələrdə gözləyirlər. Təbrizdə isə çörək qıtlığı yaranıb. Belə ki, mağazaların qarşısında izdiham yaşanır.
“Hazırda İran təkcə qaz qıtlığından əziyyət çəkmir. Həmçinin qidanın az olması da ölkədə hökm sürür. Demək olar ki, ət, toyuq, buğda və çörək tapılmır. Bütün bunlar İrana tətbiq olunan sanksiyaların göstəriciləridir. İran qaz yatağına sahib olmasına baxmayaraq? qaz istehsal edə bilmir. Bunun da əziyyətini əhali çəkir”.
Politoloqun sözlərinə görə, İranda olan çaxnaşmaların ən böyük səbəbi iqtisadi promlemlərdir:
“İnsanların rifah səviyyəsi çox aşağıdır. Hakimiyyət artıq etirazların öhdəsindən gələ bilmir. Müəllimlər, həkimlər, mühəndislər və dövlətdən maaş alan müxtəlif təbəqədən olan insanlar ciddi şəkildə öz narazılığını bildirirlər. İran ən diktator və qəddar dövlətdir. Lakin insanlar öz haqlarını tələb etməkdən əl çəkmirlər. Təəssüf ki, İslam dinindən istifadə edərək insanları əzməyə çalışırlar. Bəzi etirazçıları asi olmaqda, yəni Allaha itaət etməməkdə günahlandırıb edam edirlər. Halbuki o insanlar haqq və ədalət istəyirlər. Nə Allaha qarşıdırlar, nə də dinə”.
Əli Zəmani bildirib ki, ümumiyyətlə İranın ölkəmizə qarşı birmənalı münasibətinin olmamasına səbəb orada yaşayan 40 milyon Azərbaycan türkünün varlığıdır. İran Azərbaycan dövlətinin müstəqilliyindən, dünyada artan qüdrətindən qorxaraq, bunu həzm edə bilmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar