Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər şey Putinin planıdır? – “Priqojin yalnız bu halda onu devirə bilər”

Tarix: 24-06-2023 19:17     Baxış: 3157 A- / A+

Rusiyada baş verənlərə görə bir-birindən fərqli iddia və fərziyyələr irəli sürülür. Bütün bunların elitalararası mübarizədən qaynaqlandığı, Vladimir Putinin öncədən planladığı bir proses olduğu iddia edilir. Amma sonra vəziyyətin dəyişdiyi deyilir.
Hətta qruplaşmanın rəhbəri Yevgeni Priqojinin Putinin ünvanına heç bir ittiham səsləndirməməsi, sadəcə Rusiya müdafiə naziri və Baş Qərargah rəisini hədəf alması bu iddiaya əsas göstərilir. Ancaq bəzi fərziyyələrə görə Vladimir Putinin çıxışından sonra vəziyyət dəyişib, artıq qruplaşma birbaşa hazırkı hakimiyyətin devrilməsinə çalışır.
Bəs bu iddialar nə dərəcədə reallığa uyğundur? Rusiyada baş verənlərin arxasında əslində kim dayanır?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov Putinin çıxışında Priqojinlə bağlı verdiyi mesajlara aydınlıq gətirib:
“Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə naziri və Baş Qərargah rəisinə qarşı fəaliyyəti artıq geniş məzmun daşıyır. Eləcə də Prezident Vladimir Putinin çıxışından sonra bəlli oldu ki, Priqojinə qarşı əməliyyatların keçirilməsi istisna olunmur. Rusiya prezidenti onu xəyanətdə ittiham edərək sanki Priqojinə qarşı silahdan istifadə edilə bilər mesajını vermiş oldu. Qruplaşmanın Rostov və Voronejdə strateji hərbi obyektləri nəzarətə götürməsi vəziyyətin nə qədər kritik olmasından xəbər verir. Amma Putinin çıxışına münasibətdə onlar yollarından geri dönməyəcəklərini bildirdilər. Bütün bunlar Rusiyanın Xüsusi Təyinatlıları tərəfindən hərbi əməliyyatların keçirilə biləcəyini deməyə imkan verir”.
Politoloq eyni hadisənin yaxın günlərdə Belarusda da yaşana biləcəyi ilə bağlı məlumatlardan söz açıb:
“Vəziyyətin nəzarətdən çıxması ehtimalını göz önünə gətirərək Belarusda da hakimiyyət əleyhinə bir sıra hərəkətlənmələr ola bilər. Bunu Qərbin planlaşdırdığı bir ssenari kimi nəzərdən keçirmək mümkündür. Lakin “Vaqner” qruplaşmasının Rusiya daxilində bu təşəbbüsünün uğurla nəticələnə biləcəyini düşünmürəm. Nə qədər hazırlıqlı olmalarına baxmayaraq 25-40 min nəfərlik bir qruplaşmanın Kreml hakimiyyətinə qarşı uğur qazanması mümkünsüzdür. Amma onlara kənardan lazımı dəstək verilərsə daxili çevriliş planı, vətəndaş qarşıdurması reallaşa bilər. Hər şey yaxın günlərdə aydın olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar