Xəbər lenti
Qiyama qalxan “aşpaz”: Priqojin kimdir? - DOSYE
“Vaqner”in rəhbəri Yevgeni Priqojin faktiki olaraq Rusiyada hərbi çevrilişin başlandığını elan edib. Bu isə Priqojinin kimliyini bir daha gündəmə gətirib.
Manevr.az xəbər verir ki, Y.Priqojin 1 iyun 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. Atasını erkən yaşlarında itirib, anası Violletta Priqojina ikinci dəfə ailə qurub.
1977-ci ildə 62 saylı idman internat məktəbini (müasir 1 saylı Olimpiya Ehtiyatları Kolleci) bitirib. Orada o, ögey atası, məşqçi Samuil Fridmanoviç Jarkoydan xizək sürməyi öyrənib.
29 noyabr 1979-cu ildə, Yevgeninin 18 yaşı olanda Leninqrad şəhərinin Kuybışev məhkəməsi Priqojini RSFSR Cinayət Məcəlləsinin 15 və 144-cü maddələrinin 2-ci hissəsinə (oğurluq) əsasən 2 il şərti cəzaya məhkum edib.
1981-ci ildə Priqojinin 20 yaşı olanda Leninqradın Jdanovski məhkəməsi ona RSFSR Cinayət Məcəlləsinin maddələri ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib: o, “oğurluq”, “quldurluq”, “dələduzluq”, “yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsi” ittihamları ilə cəzalandırılıb. 1988-ci ildə Priqojin əfv olunub və 1990-cı ildə cəza çəkdiyi qəsəbəni tərk edib.
RBC-nin məlumatına görə, Yevgeni Priqojin Leninqrad Kimya və Əczaçılıq İnstitutunu əczaçı ixtisası üzrə bitirib, lakin Priqojin özü müsahibəsində bu institutda təhsilini başa vurmadığını bildirib.
Y.Priqojin rusiyalı iş adamı, “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibi, “Vaqner”in yaradıcısıdır.
O, bu günə kimi Rusiya Prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri hesab olunurdu.
Priqojin Rusiya Federasiyasının Qəhrəmanı, həmçinin qondarma Donetsk və Luqansk “respublikaları”nın qəhrəmanıdır.
Yevgeni Priqojinin nəzarət etdiyi “Vaqner” qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla, bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, hərbi əməliyyatlara da qatılıblar ediblər və Prezident Ömər Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.
Qrup 2022-ci ildə başlayan Ukrayna müharibəsində bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. “Vaqner” ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbas müharibəsinin aktiv iştirakçısı olub.
“Bellinüat”, “İnsayder” və “Der Spigel”in araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı “Konkord” şirkəti dövlətin ən yüksək vəzifəli şəxslərinə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada “Putinin aşpazı” ləqəbini alıb.
“Business Peterburq” nəşri 2019-cu ildə “Milyarderlərin reytinqi”ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirərək onu 72-ci yerdə göstərib. 2016-cı ildə o, “Citi 812” nəşrinin versiyasına görə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.
Priqojin “bot fermaları”nın yaradıcısı kimi şöhrət qazanıb. 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa Birliyinin və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiyaları altındadır. 2022-ci ilin iyul ayında ABŞ ABŞ Dövlət Departamenti ABŞ-da siyasi və seçki proseslərinə müdaxilə ilə əlaqədar Yevgeni Priqojin və İnternet Araşdırmalar Agentliyinin 12 digər əməkdaşı haqqında məlumat verənə 10 milyon dollar mükafat elan edib. Federal Təhqiqat Bürosu onun həbsinə köməkliyə görə 250.000 dollara qədər mükafat təklif edir.
2022-ci ilin sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Priqojini mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan edib.Yenipress

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar