Xəbər lenti
Zənginlər üçün dünyanın ən bahalı 10 şəhəri - ŞƏKİLLƏR

Manevr.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə yerləşən özəl bank Julius Baer varlılar üçün yaşayış yerləri, avtomobillər, biznes sinif uçuşları, məktəblər, yeməklər və digər dəbdəbəli əşyaları təhlil edərək dünyanın ən bahalı şəhərlərini sıralayıb.
Sinqapur 2023-cü ildə dəbdəbəli yaşayış üçün ən bahalı şəhər olub. Ötən il beşinci yerdə olan Sinqapur Şanxayı zirvədən aşağı salıb.
Julius Baer analitikləri 5,5 milyonluq şəhər-əyalət olan Sinqapurda 1500 ailə biznesinin olduğunu və bu rəqəmin əvvəlki illə müqayisədə iki dəfə çox olduğunu bildiriblər. Sinqapurun investorları cəlb etməkdə müvəffəqiyyətli olduğunu, lakin bunun qiymətlərin artmasına səbəb olduğunu bildirən analitiklər, Sinqapurun dünyada ən yüksək avtomobil qiymətlərinə sahib olduğuna diqqət çəkiblər.
Sinqapurda tibbi sığorta da yüksək kirayə haqları, məktəb haqları və nəqliyyat vasitəsi vergiləri ilə qlobal ortalamadan yüksəkdir.
Julius Baer analitikləri, Sinqapurun adambaşına düşən ÜDM-in ən yüksək olduğunu əlavə edərək, "Uzun müddətdir yaşana bilən, sabit və kosmopolit hesab edilən Sinqapur indi varlılar üçün aparıcı qlobal mərkəzə çevrilmək yolundadır" dedi.
Julius Baerin "varlılar üçün yaxşı həyat" üçün ən bahalı 10 şəhərin reytinqini təqdim edirik:
Nigar Nəriman
Manevr.az

Sinqapur

Şanxay

Honq Konq

London

Nyu York

Monako

Dubay

Taypey

Sao Paulo

Mayami
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar