Xəbər lenti
5 ildən sonra İLK DƏFƏ! İki ölkə arasında GƏRGİNLİK azalır

İki günlük səfər çərçivəsində Blinken Çinin xarici işlər naziri Qin Qanq ilə görüşüb.
Blinkenin daha sonra Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi ilə görüşü olub. Sabah isə ABŞ dövlət katibinin Çin prezidenti Si Cinpinlə görüşəcəyi gözlənilir.
Hər iki ölkənin rəsmiləri iki gün ərzində keçiriləcək danışıqlardan yüksək səviyyəli qərar gözləməsələr də, danışıqların əsas məqsədinin iki ölkə arasında gərgin olan siyasi mühiti yumşaltmaq və sabitliyi bərpa etmək olduğunu qeyd ediblər.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying ABŞ rəsmilərinin səfərindən məmnun olduqlarını və bu səfərin İndoneziyada keçirilən G20 Sammitində bir araya gələn ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpin tərəfindən razılaşdırıldığını bildiriblər. Bu, münasibətləri yaxşılaşdırmaq üçün razılaşmanın ilk addımıdır.
Xatırladaq ki, Blinkenin fevral ayında Çinə səfər edəcəyi açıqlanmışdı, lakin Çinə aid casus şarının ABŞ hava məkanına düşməsindən sonra səfər təxirə salınmışdı.
ABŞ-dan Çinə sonuncu diplomatik səfər 2018-ci ildə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo tərəfindən olub. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar