Xəbər lenti
İraq İtaliyadan Assuriya artefaktını geri aldı
İraq prezidenti Əbdüllətif Rəşid Assuriya dövrünə aid tarixi əsəri İtaliyadan geri aldıqlarını bildirib.
Manevr.az-ın xarici mətbuata istinadən xəbərinə görə Bağdadda mətbuat konfransı keçirən Rəşid bir həftə əvvəl İtaliya səfəri və oradan gətirilən işlərlə bağlı açıqlama verib. Prezident tarixi əsərin İraqa qaytarılmasında göstərdikləri dəstəyə görə İtaliya səlahiyyətlilərinə təşəkkür edib.
"İtaliyada uzun illərdir olan əhəmiyyətli bir tarixi əsəri geri gətirdik. Bu əsəri Milli Muzeyə təhvil verəcəyik. İtirilmiş və oğurlanmış bütün əşyaların ölkəyə qaytarılmasını təmin edəcəyik və ümid edirik ki, burada bu işlərə əhəmiyyət veriləcək”,- deyə Rəşid bildirib.
Ölkə rəhbəri İraq və İtaliya arasında tarixi əsərlər sahəsində əməkdaşlıqdan bəhs edərək, bildirib ki, İraqın oğurlanmış tarixi əsərlərinin və ölkə tarixinin xaricdən geri alınması üçün səylərimiz davam edəcək.
İraqın Mədəniyyət və Tarixi Əsərlər Naziri Əhməd əl-Bedrani geri qaytarılan parçanın Şimali İraqdakı Asur dövrünə aid olduğunu söyləyib.
"Daha əvvəl ABŞ, Livan və Misir kimi ölkələrdən oğurlanmış əsərləri geri götürmüşdük. Sözü gedən sənət parçası da orijinaldır”,- Bedrani qeyd efib.
İraq Mədəniyyət Nazirliyi mayın 6-da Böyük Britaniyanın 1993-cü ildə tədqiqat məqsədilə götürdüyü 6000 əsəri geri qaytardığını açıqlayıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar