Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İngiltərədə yeni "zireh dərili" dinozavr növü kəşf edilib

Tarix: 16-06-2023 17:30     Baxış: 3235 A- / A+

İngiltərənin Uayt adasında aparılan qazıntı zamanı yeni "zireh dərili" dinozavr növünə aid fosil aşkar edilib.

Manevr.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, fosili tapılan zireh dərili və ot yeyən dinozavrın Ankilozavrlar ailəsindən olduğu qeyd edilib.

20 il Londonda Təbiət Tarixi Muzeyində çalışan professor Paul Barrettin şərəfinə, yeni kəşf edilən dinozavr "Vectipelta Barretti" adlandırılıb.

Barret dinozavr növünün adının ona verilməsindən xoşbəxt olduğunu ifadə edərək, "Hər hansı fiziki oxşarlıq sırf təsadüfdür" kimi yumoristik ifadələr işlədib.

Əhəmiyyətli fosil kəşfləri ilə tanınan Wight adasının "Wessex Formation" qazıntı sahəsindəki "Vectipelta Barretti" qalıqları, dinozavrların quruda hakim olduğu 145-65 milyon il əvvəl Təbaşir dövrünə aid qayalarda tapılıb.

Fosilləri son dəfə 1865-ci ildə adada tapılan Ankylosaurs ailəsindən Polacanthus foxii növünün "Vectipelta Barretti" ilə yaxından əlaqəli olmadığına inanan tədqiqatçılar, iki növün boyun, arxa və çanaq sümüklərindəki fərqlərə diqqət çəkiblər.

Digər tərəfdən Çində kəşf edilən yeni növün Ankilozavrlar ailəsinə yaxın oxşarlığı "Vectipelta Barrettinin" Təbaşir dövründə Avrasiyadakı fəaliyyəti kimi şərh edilir.

Tədqiqatçılardan Stuart Pond qeyd edib ki, yeni kəşf İngiltərədə təbaşir dövründə növ müxtəlifliyini sübut edir.

Tədqiqatın nəticələri "Journal of Systematic Paleontology"də dərc olunub.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar