Xəbər lenti
Keniyada 613 nəfər “aclıq təriqəti” qurbanı axtarılır

Keniyada aprel ayında ortaya çıxan “aclıq təriqəti” ilə bağlı aparılan istintaq çərçivəsində 613 itkin adamın axtarıldığı açıqlanıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi yüzlərlə hektar sahədə aparılan işlər zamanı ötən həftə daha 6 nəfərin qazılaraq çıxarıldığını, ölənlərin sayının 264 nəfərə çatdığını açıqlayıb.
Sahədə itkin düşənlərin sayı da 613 nəfər olub.
Əməliyyat başlayandan indiyədək sektaya qarşı 45 həbs edilib, 95 nəfər isə meşədən sağ-salamat xilas edilib.
Müridlərini ac saxlayaraq, Hz. İsa ilə görüşəcəkləri vədi ilə onu aldadan Beynəlxalq Xoş Xəbər Kilsəsinin Pastoru Pol Makkenzinin məhkəməsi də sonrakı tarixə təxirə salınıb.
Həbsdə mühakimə olunan Makkenzinin ədalətli mühakimə tələbi ilə həbsxanada ölüm orucuna başladığı iddia edilirdi.
Ölənlərin cəsədləri üzərində aparılan yarılmada bəzi insanların, xüsusilə də uşaqların nəfəs ala bilmədiyi səbəbiylə öldüyü müəyyən edilib.
Qalmaqaldan sonra Keniya polisi bir çox təriqət və qruplara qarşı əməliyyat keçirib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar