Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Putinə oxşayanlar bağlı yerlərdə saxlanılır" - Ukrayna Kəşfiyyatı

Tarix: 11-06-2023 11:21     Baxış: 3231 A- / A+
“Rusiya prezidenti Vladimir Putin əksər kütləvi tədbirlər zamanı dublyorundan istifadə edir”.
Manevr.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin sözçüsü Andrey Yusov “Ukrainska pravda”ya müsahibəsində deyib.

O bildirib ki, bu, həm əməliyyat kəşfiyyatına, həm də fizioqnomistlərin və bir çox digər mütəxəssislərin qiymətləndirmələrinə əsaslanan faktdır.
“Putinin işğal olunmuş cənub bölgələrinə səfərləri mütləq qurulmuş bir səhnədir. İştirak edən Putin deyil, onun dublyorudur. Davranış və görünüşündə çox böyük fərq var” – deyə Andrey Yusov bildirib.
O qeyd edib ki, Putinin dublyorları qapalı yerlərdə və çox sayıq mühafizəçilərin nəzarəti altında saxlanılır.
“Biz başa düşürük ki, Kremldə yaşayan Putinlə görüş hətta öz xalqı üçün də məhduddur: getdikcə uzanan multimetrlik masa, hamının keçdiyi karantinlər və s. Putin hətta uzaq məsafədə olan xarici dövlətlərin nümayəndələri ilə görüşəndə əl sıxmır. Buna görə də, tam əminliklə demək olar ki, Xerson vilayətinin işğal olunmuş Mariupol şəhərində gördüklərimiz tam olaraq tamaşadır”, – deyə Andrey Yusov əlavə edib.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar