Xəbər lenti
Xersonda suyun səviyyəsi 20 santimetr aşağı düşüb

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin Kaxovka bəndinin vurulması nəticəsində Xerson vilayətində suyun səviyyəsinin 20 santimetr aşağı düşdüyünü açıqlayıb.
Manevr.az xəbər verir ki, Prokudin sosial media hesabından verdiyi video açıqlamada seldən zərər çəkmiş Xerson bölgəsindəki son vəziyyəti dəyərləndirib.
Suyun səviyyəsində azalma tendensiyası müşahidə olunduğunu bildirən Prokudin məlumatı paylaşaraq, "Gecə saatlarında suyun 20 santimetr aşağı düşdüyünü görürük. Səhər saatlarına görə bölgədə suyun səviyyəsi 5,38 metrdir. Xerson şəhərində, 5,35 metr səviyyəsindədir”.
Prokudin bildirib ki, bölgənin 32 yaşayış məntəqəsində 3624 ev su altında qalıb, 2352 nəfər və 550-yə yaxın heyvan təxliyə edilib.
Ukrayna Su Elektrik Stansiyaları Korporasiyasının (Ukrgidroenergo) sosial media hesabından edilən açıqlamada Kaxovka bəndində suyun səviyyəsinin azalmağa davam etdiyi bildirilib.
Nikolpol şəhəri yaxınlığındakı bənddə suyun səviyyəsi səhər saat 08:00-a 11,74 metr təşkil edib. İyunun 6-da səhər saatlarından su 4,7 metr azalıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar