Xəbər lenti
Çin Kubada ABŞ-ı izləmək üçün baza tikəcək
NYA
- Ana səhifə
- DÜNYA

Kuba və Çin ABŞ-a casusluq etmək üçün adada baza qurmaq üçün gizli razılaşma əldə ediblər.
Manevr.az bildirir ki, bu barədə iyunun 8-də Amerika kəşfiyyatındakı mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Mətbuat Kubada bir çox hərbi bazaların yerləşdiyi ABŞ-ın cənub-şərqində elektron mesajları dinləməyə və ələ keçirməyə, həmçinin Amerika döyüş gəmilərinin hərəkətinə nəzarət etməyə imkan verən obyektin peyda olacağını yazır. Baza Florida ştatından təxminən 100 kilometr aralıda yerləşəcək. ABŞ rəsmiləri hesab edirlər ki, bu qurğu Çinə geniş spektrli informasiya kanallarının monitorinqini əhatə edən siqnal kəşfiyyatı aparmağa imkan verəcək.
Mənbələr iddia edir ki, Çin hakimiyyəti bazanın tikintisinə razılıq vermək müqabilində Kubaya bir neçə milyard dollar ödəyib.
Qəzet əlavə edir ki, yeni obyektlə bağlı kəşfiyyat məlumatları ABŞ prezidenti Co Baydenin administrasiyasında narahatlıq yaradıb. Bununla belə, ABŞ vəziyyəti diqqətlə izləyir və əks tədbirlər görməyə hazırdır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar