ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqram çərçivəsində Yerdənkənar mənşəli kosmik gəmilərə sahib olub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Devid Qraş danışıb.
Onun sözlərinə görə, ABŞ administrasiyasında uğurla eniş edən və zədələnməyən, həmçinin qəzaya uğradığı üçün qismən zədələnən yad mənşəli gəmilər var.
Qraş bildirib ki, ABŞ kəşfiyyatının bir çox fəal üzvləri hələ də ona uçan naməlum obyektlər barədə gizli proqramın mövcudluğuna dair sənədlər və digər sübutlar təqdim edirlər.
Keçmiş kəşfiyyatçı UNO-ların aşkarlanması zamanı bəzən ölü pilotlara rast gəlindiyini vurğulayıb.
"İnansanız da, inanmasanız da, nə qədər fantastik səslənsə də, bu, həqiqətdir", - deyə o əlavə edib.
Qraşın iddiasına görə, kainatdakı yeganə sivilizasiya insanlar deyil.
"Məlumatlar tamamilə empirik olaraq, tək olmadığımızı göstərir", - deyə ABŞ kəşfiyyatının keçmiş zabiti sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin Stenford Universitetinin (Kaliforniya) professoru Harri Nolan Nyu-Yorkda tematik konfransda yadplanetlilərin Yer kürəsinə gəldiklərini və hələ də burada olduqlarını iddia edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar