Xəbər lenti
Şimali Koreyalı haker qrupu Cənubi Koreya siyasətçilərini hədəfə alıb

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya haker qrupu Kimsukinin sözügedən şəxslərin məlumatlarını oğurlamaq üçün diplomatiya və təhlükəsizlik mövzularında 150 siyasətçiyə saxta elektron məktublar göndərdiyi bildirilib.
Açıqlamada, haker qrupunun 2022-ci ilin aprel-iyul aylarında həmin şəxsləri saxta saytlara yönləndirmək üçün çaşdıran elektron məktublar göndərdiyi və 4-9 ay ərzində eyni vaxtda onları izlədiyi bildirilib.
Açıqlamada Cənubi Koreyanın kəşfiyyat təşkilatının Kimsuky tərəfindən göndərilən təxminən 5800 e-poçtu təhlil etdiyi və lazımi tədbirlər görüldükdən sonra bütün əməliyyatın arxasında sözügedən haker qrupunun olduğu müəyyən edilib.
Seul hökuməti iyunun 2-də Kimsuky qrupuna qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib.
Google-un kibertəhlükəsizlik bölməsi Mandiant tərəfindən açıqlanan hesabatda Kimsuky-nin Şimali Koreyanın nüvə proqramı ilə bağlı casusluq əməliyyatlarını maliyyələşdirmək üçün kriptovalyuta oğurladığı ortaya çıxıb.
Bildirilib ki, hakerlər oğurlanmış kriptovalyutaları bulud mədən xidmətləri vasitəsilə yuyublar.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar