Xəbər lenti
Özbəkistanda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası başlayıb

Özbəkistanda iyulun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə start verilib.
Manevr.az yerli mətbuata istinadla xəbər verir ki, Özbəkistanın Mərkəzi Seçki Komissiyası (MSK) gələn ay ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə başlandığını elan edib.
Buna uyğun olaraq, prezidentliyə namizədlər bu gündən etibarən seçki təbliğatı apara biləcəklər.
MSK-nın qərarı ilə prezidentliyə namizədlərə Özbəkistan Dövlət Radio-Televiziyasında və onun regional radio və televiziya kanallarında, Yeni Özbəkistan, Pravda Vostoka, Halk sözü və Narodnoye slovo qəzetlərində və 24 yerli qəzetdə pulsuz yayım hüququ veriləcək.
Media orqanları namizədlərin seçki təbliğatını və yayım materiallarını işıqlandırarkən bərabərlik prinsipinə hörmət etməli olacaqlar. 4 prezidentliyə namizədin mübarizə apardığı seçki kampaniyası iyulun 7-də başa çatacaq.
İyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
MSK-nın ötən həftə keçirilən iclasında siyasi partiyaların prezidentliyə namizədlərinin ərizələri qəbul edilib.
Müvafiq olaraq, Özbəkistan Liberal Demokrat Partiyasından prezident Şövkət Mirziyoyev, Xalq Demokratik Partiyasından Uluqbek İnayətov, Özbəkistan Ekologiya Partiyasından Abduşkur Həmzəyev və Ədalət Sosial Demokrat Partiyasından Roba Mahmudovanın prezidentliyə namizəd kimi qeydə alınması qərara alınıb.
Aprelin 30-da keçirilən referendumda konstitusiyaya prezidentlə bağlı yeni qaydalar daxil edilib. Bu çərçivədə prezidentin bəzi vəzifə və səlahiyyətləri parlamentə verilib, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar